“Nexia EA” beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2017-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
““Nexia EA” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparıldığı müəyyən edilib”, - məlumatda deyilir.
Audit zamanı daxili nəzarət sistemlərinin tətbiqinin səmərəliliyi, mühasibat sisteminin Azərbaycan qanunvericiliyi və mühasibat uçotu standartlarına uyğunluğu təhlil olunub. **
A.Əzizov