Cari ilin I rübündə SOCAR şirkəti (ARDNŞ) tərəfindən xam neftin ixracı ötən ilin müvafiq göstəricilərinə nisbətən 13%-dən çox artıb, 5,7 milyon ton təşkil edib. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Neft ixracının artımı, müxtəlif amillərlə yanaşı, SOCAR-ın AÇG-dəki payının artırılması ilə də bağlıdır (25%-dək - İF)”, - şirkətdən qeyd ediblər.
Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil edi. “Əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişib. Bu da əsasən dizel yanacağına ölkədaxili tələbatın təxminən 21% artması ilə bağlıdır”, - şirkətdən vurğulanıb.
Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. **
B.Rüstəmbəyov