Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı “Bon Appetit” şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə nazirlikdən məlumat verilib.
“Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub”, - məlumatda deyilir.
Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb.
Faktla bağlı müvafiq araşdırma aparılır. **
B.Rüstəmbəyov