Müdafiə məsələləri ilə bağlı birgə işlər Azərbaycan-İsrail münasibətlərinin önəmli hissəsini təşkil edir. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bəyan edib.
“Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir”, - prezident seçilməyi münasibətilə A.Libermanın İ.Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
Müdafiə naziri bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsində maraqlı olduğunu qeyd edib.
A.Liberman həmçinin İ.Əliyevə gələcək fəaliyyətində uğurlar arzu edib. **
F.İsazadə