Prezident Mahmud Abbas müstəqil Fələstin Dövlətinin yaradılması məsələsində azərbaycanlı həmkarı İlham Əliyevin dəstəyini yüksək qiymətləndirir.
M.Abbas Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə İ.Əliyevi təbrik edib.
“Ölkəmizdə münaqişənin (İsrail-Fələsətin - İF) sona çatması və paytaxtı tolerantlıq, birgə yaşama və sülh şəhəri Şərqi Qüds olmaqla müstəqil dövlətimizin yaradılması üçün xalqımıza və onun mübarizəsinə bütün beynəlxalq dairələrdə verdiyiniz dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm”, - M.Abbasın təbrik məktubunda deyilir.
O, həmçinin Azərbaycanla Fələstin arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib. **
F.İsazadə