İyunun 26-daAzərbaycan Ordusunun 100 illiyi ilə bağlı hərbi parad keçiriləcək.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hərbi mənbə məlumat verib.
“Yubiley paradında müxətli təyinatlı hərbi texnika, dənizdə hərbi gəmilər nümayiş olunacaq, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyası Bakı üzərində öz məharətini nümayiş etdirəcək”, - agentliyin həmsöhbəti bildirib.
O xüsusi vurğulayıb ki, paradda istənilən şəraitdə düşmənin hədəflərini məhv etməyə və ölkənin müdafiəsini təmin edəcək Azərbaycan Ordusunun yeni hərbi texnika və silahları nümayiş etdiriləcək.
Mənbənin sözlərinə görə, paradda bütün növ qoşun, birləşmə və hərbi hissələrin şəxsi heyəti, xüsusi təyinatlı tədris müəssisələri, həmçinin qanunericiliklə müəyyən olunmuş hərbi birləşmələrinin minlərlə hərbi qulluqçusu iştirak edəcək. **
F.İsazadə