Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib. Bu barədə Rusiya XİN-dən məlumat verilir.
“İkitərəfli münasibətlərin aktual inkişaf məsələləri müzakirə olunub. Nazirlər xüsusilə V Xəzər sammitinə hazırlıq və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması məsələlərinə diqqət yönəlidblər”, - məlumatda deyilir.
“O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəzi məqamlara toxunulub”, - XİN-dən qeyd ediblər. **