Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiyanın Azərbaycandakı gələcək səfiri Mixail Boçarnikov ilə görüşüb.
“Söhbət zamanı Azərbaycanda kilsə-dövlət qarşılıqlı əlaqənin aktual məsələləri müzakirə olunub”, - Patriarxın mətbuat xidməti məlumat verib.
Bundan əlavə, Patriarx diplomata Bakı Yeparxiyasının fəaliyyəti barədə məlumat verib.
Cari il aprelin 2-də Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsi keçirilən iclasda Rusiya Federasiyasının Azərbaycandakı səfiri postuna Mixail Boçarnikovun namizədliyini dəstəkləyib.
M.Boçarnikov 7 fevral 2018-ci il tarixinədək RF-nin Qazaxıstandakı səfiri olub.
2009-cu ildən etibarən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabr ayında tutduğu vəzifədən azad edilib. **
F.İsazadə