2018-ci ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $684 mln. 367,4 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,89%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya $157 mln. 833,64 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,3 dəfə çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan ixracın 2,79%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-aprel aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $526 mln. 533,75 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,3 dəfə çoxdur. Azərbaycana idxalın ümumi həcmində 17,4% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-aprel aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $368 mln. 700,11 min təşkil edib.*
N.Abbasova