Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov prezidentə layihə ilə bağlı görülən işlər barədə məlumat verib.
Bildirilib ki, layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Layihə ərazisində diametri 560 millimetrdən 63 millimetrə qədər plastik borularla 59,4 kilometr içməli su xətti çəkilib, 2500 ev su şəbəkəsinə qoşularaq sayğac quraşdırılıb.
Prezident İ.Əliyev, həmçinin Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında da iştirak edib.
Bundan başqa, dövlət başçısı Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.*
B.Rüstəmbəyov