Rusiyada fəaliyyət göstərən "FosAqro-Region” MMC (“FosAqro” qrupuna daxildir) yaxın 5 il üçün Azərbaycanda mürəkkəb gübrə bazarının potensialını ildə 150 min tonadək qiymətləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin baş direktoru Andrey Vovk məlumat verib.
"Azərbaycan hökuməti aqrar-sənaye kompleksinin inkişafına, o cümlədən müasir mineral gübrələr və məhsuldarlığı idarəetmə texnologiyasından istifadə olunmaqla kənd təsərrüfatı məhsullarının istehsal həcminin atrtırılması məsələlərinə çox böyük diqqət ayırır. Son 3 il ərzində mürəkkəb fosforlu gübrlərin tətbiq həcmi ildə 50% artır ki, bu da respublikada əkinçilik mədəniyyətinin yüksək olduğundan xəbər verir və Azərbaycan inkişaf üçün resursların səmərəli istifadəsi baxımından bir çox qonşusu üçün nümunə ola bilər", - deyə A.Vovk bildirib.
O qeyd edib ki, şirkət 2018-ci ildə Azərbaycana tədarükün həcmini iki dəfə artırmağa hazırdır.
Baş direktorun sözlərinə görə, fosforlu gübrələrin istifadəsi Azərbaycanın o cümlədən də Rusiyaya ixrac etməyi planlaşdırdığı kənd təsərrüfatı məhsullarının həcmi və keyfiyyətində öz təsirini göstərəcək. “Bizim qiymətləndirmələrimizə görə, 5 il ərzində ölkədə mürəkkəb gübrə bazarının həcmi 150 min tonadək təşkil edə bilər”, - deyə o vurğulayıb.
Hazırda şirkətin Azərbaycanda əsas tərəfdaşı "Aqrokimya" MMC-dir. "Aqrokimya" MMC ölkənin əsas kənd təsərrüfatı rayonlarında 6 anbar kompleksinə malikdir ki, bu da məhsulu son istehlakçılara operativ şəkildə çatdırmağa imkan verir.
A.Vovk əlavə edib ki, "FosAqro-Region" şəbəkəsi bu gün Bakıda açılan “Caspian Agro” sərgisində ilk dəfədir iştirak edir.”FosAqro” şirkəti fosforlu mineral gübrə istehsalının həcminə görə dünyada aparıcı mövqe tutur.*
A.Əzizov