Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında avtomobil yolununtikintisi və MR-nin sosial-iqtisadi inkişafınınsürətləndirilməsinə dövlət büdcəsindən 40 mln. manatəın ayrılmasına dair sərəncam imzalayıb.
Çərşənbə günü İ.Əliyevin müvafiq sərəncamları dövlət başçısının saytında dərc olunub.
Xüsusilə, Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolununtikintisi ilə bağlı əlavə tədbirlərlə bağlı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən 30 mln. manat ayrılacaq.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 mln. manat ayrılacaq. **
F.İsazadə