Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə meliorativ tədbirlərinhəyata keçirilməsinə dövlət büdcəsindən 5 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyevin müvafiq sərəncamı bu gün dövlət başçısının saytında dərc olunub.
Ayrılan vəsait çərçivəsində 1 min hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsiplanlaşdırılır.
Qeyd olunan vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
B.Rüstəmbəyov