Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dekabr ayında şimal bölgəsində itkin düşmüş alpinistlərin meyidlərini aşkar ediblər.
“FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə təqribən 4 metr qarın altında alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit - iki kişi və bir qadın və alpinistlərə aid digər əşyalar aşkarlanıb”, - FHN-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 26 dekabr 2017-ci il tarixində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.
FHN peşəkar xilasedici və alpinistləri axtarışlara cəlb edib. **
F.İsazadə