Azərbaycan və Niderland Bakı-Maastrixt marşrutu ilə birbaşa sərnişin uçuşlarının açılması imkanını müzakirə edir.
Bu barədə Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rene Van der Linden iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə məlumat verib.
“Bakı-Maastrixt hava marşrutu üzrə karqo daşımalarının həyata keçirilir və hazırda bu marşrutdan sərnişin daşımalarında istifadəyə dair danışıqlar aparıllr”, - Rene Van der Linden bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycanın böyük turizm potensialı var və bu sahədə Niderlandın Ali Turizm Məktəbi ilə əməkdaşlıq mümkündür. **
B.Rüstəmbəyov