18.05.2018 12:48

Ermənistan Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz əhali yerləşdirərkən Avropa susur

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov onun barəsində sanksiyaların tətbiqini bu qurumda ölkənin maraqlarının müdafiəsi üzrə səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirir.

Xəbər verildiyi kimi, cari həftə AŞPA iki il müddətinə mandatı dondurulmaqla S.Seyidova qarşı sanksiya qəbul edib.

“Mənim barəmdə qəbul olunan sanksiyaları şərəf hissi ilə qəbul edirəm. Onlar Azərbaycanın Avropa strukturlarına uğurlu inteqrasiyasına reaksiya formasında qəbul edilib”, - S.Seyidov bu gün parlamentin plenar iclasında bildirib.

O vurğulayıb ki, Bakı “düzgün yoldadır”. “Azərbaycanın ədalətli addımlarına cavab olaraq AŞPA bizə qarşı sanksiyalar tətbiq edir. Ermənistan ərazilərimizi işğal edərkən və qanunsuz əhali köçürərkən isə Avropa susur”, - S.Seyidov əlavə edib.

O, Avropa təşkilatlarının bu cür siyasətini ikili standartların təzahürü hesab edir. **

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.