Bakı energetika və nəqliyyat sahələrində Belqradla daha fəal əməkdaşlığa hazırdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycan-Serbiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. İqtisadi sahədə əməkdaşlıq edirik, əminəm ki, bu gün aparılan danışıqlar əməkdaşlığa təkan verəcək”, - İ.Əliyev bu gün Serbiya prezidenti Aleksandr Vuçiçlə Bakıda keçirilən geniş tərkibli görüşdə bildirib.
Prezidentin sözlərinə görə, iki ölkə gələcəkdə energetika, nəqliyyat sahəsində daha fəal əməkdaşlıq edə bilər. “Bu istiqamətdə müəyyən ideyalarımız var. Onların reallaşdırılması münasibətlərimizi yeni səviyyəyə qalxmağa imkan yaradacaq”, - İ.Əliyev qeyd edib.
A.Vuçiç vurğulayıb ki, Bakı və Belqrad birgə layihələr reallaşdıra bilər, Serbiya şirkətləri Azərbaycanda fəaliyyət göstərə bilər. **
A.Əzizov