22.05.2018 12:49

İqtisadiyyat naziri: “Payızda Bakı və Belqrad arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək”

Bu ilin sentyabr ayında Belqraddaticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanınbeşinci iclası keçiriləcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Sentyabrda Serbiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Bu tarixi Serbiya tərəfindən komissiyanın həmsədri Rasim Lyaiç (baş nazirin müavini, ticarət, turizm və telekommunikasiya naziri) ilə müzakirə etdik”, - Ş.Mustafayev bu gün Bakıda bidlirib.

O həmçinin Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya biznes forumunun təşkilini təklif edib.

Komissiyanın dördüncü iclası 28 sentyabr 2015-ci il tarixində Bakıda keçirilib. **

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.