Rusiyanın “LUKOİL” neft şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid-Babək” perspektivli blokun işlənilməsində maraqlıdır. Bunu “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov deyib.
“Biz yeni aktivlərə ümid edirik. "Ümid-Babək" layihələrinə baxırıq. SOCAR şirkəti ilə bu blokun işlənilməsi ilə bağlı danışıqlar aparılır. Danışıqların uğurla nəticələnəcəyinə ümid edirəm”, - V.Ələkbərov “APA” agentiyinə bildirib.
Xəbər verildiyi kimi, 2018-ci ilin aprel ayında SOCAR-ın Sərmayələr idarəsinin rəisiVaqif Əliyevməlumat verib ki, ARDNŞ potensial investorlara “Ümid” yatağının işlənilməsinə dair planları təqdim edib.
Həmçinin ARDNŞ “Ümid” yatağı ilə birlikdə “Babək” perspektivli strukturun işlənilməsi planları barədə bəyan edib. **
N.Abbasova