Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bildirib ki, Bakı və Belqrad vizasız rejim tətbiq etməyi planlaşdırır. Bu barədə Serbiya KİV-i məlumat yayıb.
E.Həsənov qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiçin Bakıya səfəri və prezident İlham Əliyevlə görüşü iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə güclü təkan verib.
Görüşün yekunlarını şərh edən səfir vurğulayıb ki, Serbiya və Azərbaycan təkcə kağız üzərində deyil, həm də reallıqda iqtisadiyyat, siyasət, mədəniyyət, turizm və idman sahələrində strateji tərəfdaşdır.*
A. Əzizov