04.06.2018 14:58

AZAL iyunun 30-da Bakıdan Daşkəndə birbaşa reys açır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC 2018-ci il iyunun 30-dan Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır. Bu barədə cəmiyyətin elanında deyilir.

Uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) “Embraer-190” təyyarəsi ilə yerinə yetiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətinwww.azal.azsaytında bronlaşdırmaq və əldə etmək mümkündür.*

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.