Xarici işlər naziriElmar Məmmədyarov bu gün Bakıda Bolqarıstanın Azərbaycana yeni təyin olunan səfiri Nikolay Yankovu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“N.Yankov etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. O, Azərbaycan və Bolqarıstan arasındakı münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib”, - deyə məlumatda bildirilir.
Görüşdə TANAP və TAP layihələrinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə olunub.
“E.Məmmədyarov və N.Yankov ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov