1 iyun 2018-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 132,821 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin yanvar-may aylarında İB-də əhali sektoru üzrə 37,513 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 22,838 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 14,675 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova