Bakı və Kiyev “Korsar” yüngül tank əleyhinə raket kompleksinin birgə istehsalı istiqamətində müzakirələr aparır. Bu barədə AzeriDefence nəşri məlumat verir.
“Bununla bağlı danışıqlar 2016-cı ildə başlanıb.Ukrayna Azərbaycana texnologiya transferinə hər zaman açıqdır”, –AzeriDefence “Ukroboronprom” Dövlət Konserninin nümayəndəsinə istinadən qeyd edir.
Məlumata əsasən, “Ukroboronprom” yetkililərinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrindən həm “Korsar”, həm də “Skif” TƏİR kompleksləri üçün maraq ifadə olunub. Ötən il “Skif” üçün yeni raketlərin tədarükü həyata keçirilib.
“Yaxın perspektivdə Ukrayna Azərbaycan da daxil olmaqla bir neçə ölkədə müdafiə sənayesinin təşviqi və tanıtımını həyata keçirəcək nümayəndəliklər (ofislər) açmağı düşünür”, - nəşr qeyd edir. **
F.İsazadə