2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
“Ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı və digər tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar əlavə maliyyə təminatının yaradılması zəruridir”, - nazirlik qeyd edir.
Bununla əlaqədar 2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlanaraq Nazirlər Kabineti, Prezident Administrasiyası tərəfindən məqbul hesab edilərək parlamentə təqdim olunub.
Xəbər verildiyi kimi, cari ilin yanvar-aprel ayları ərzində MaliyyəNazirliyin operativ məlumatlarına əsasən,dövlət büsdcəsinin gəlirləri 6 mlrd. 619,9 mln. manat (ötən ilin yanvar-aprel ayları ilə müqayisədə artım 31,8%), xərcləri 5 mlrd. 966 mln. manat (artım 10,7%) təşkil edib. Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin profisiti 653,9 mln. manat və ya cari ilə proqnozlaşdırılan ÜDM-in 0,9%-ni təşkil edib.
2018-ci ilə dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiq olunub. Cari il üçün büdcənin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov