Moldova prezidenti İqor Dodon və Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanov ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
“Q.Osmanov ilə ikitərəfli münasibətlərə, həmçinin ticarət dövriyyəsinin artımı, o cümlədən Azərbaycan hökumətinin Qaqauz Yeri Muxtar Ərazi Qurumunda reallaşdırdığı sosial proqramlarına dair bir sıra məsələləri müzakirə etdik”, - İ.Dodon Facebook şəbəkəsindəki səhifəsində yazıb.
“Bütün səviyyələrdə ikitərəfli əlaqələrin aktivləşdiyini təsdiq etdim və qarşılıqlı maraq kəsb edən sahələrdə ölkələrimiz arasında davamlı əməkdaşlığın inkişafına tərəfdar çıxdım”, - prezident qeyd edib. **
F.İsazadə