Azərbaycan Avropa üçün yeni qaz mənbəyidir və Aİ Azərbaycan qazının uzunmüddətli tədarükündə maraqlıdır. Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov belə hesab edir.
“Azərbaycan Avropa üçün yeni qaz mənbəyidir və bu bazarda vacib oyunçudur. Enerji təhlükəsizliyi olamadan Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil”, - N.Yankov çərşənbə günü Bakıda “Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi” mövzusundabeynəlxalqkonfransda bildirib.
Səfir qeyd edib ki, Avropa Azərbaycan qazının uzunmüddətli tədarükündə maraqlıdır. “CQD təbii qazın ikinci mənbəyidir və bu tədarükün diversifikasiyası üçün çox vacibdir”, - N.Yankov qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev 29 may 2018-ci il tarixində Azərbaycan qazının Avropaya tədarükü üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi”ni istifadəyə verib.
Layihə $40 mlrd.-dan artıq həcmində qiymətləndirilir. Azərbaycan CQD layihəsinə artıq $9 mlrd. yatırılıb. **
B.Rüstəmbəyov