Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulub. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi ilə bağlı təklif var. Lakin bunu sammitə ev sahibliyi edəcək ölkə açıqlamalıdır. Sammit avqust ayının birinci yarısına nəzərdə tutulub", - deyə o, bu gün jurnalistlərə bildirib.
X.Xələfovun sözlərinə görə, sammitə qədər xarici işlər nazirlərinin müavinləri səviyyəsində ən azı bir işçi görüşü olacaq. Xarici işlər nazirlərinin toplantısı isə sammitdən bir gün öncə keçirilə bilər.*
F.İsazadə