“Xəzər beşliyi” Xəzər dənizinin dibi ilə boru kəmərləri və kabellərinçəkilməsi məsələsinə dair razılığa gəlib. Bu barədə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsinin mətnində deyilir.
“Tərəflər Xəzər dənizinin dibi ilə boru kəmərləri və kabellərçəkə bilərlər. Tərəflər 2013-cü il noyabr ayı tarixli “Xəzər dənizinin dənizətrafmühitinin mühafizəsi haqqında”Çərçivə Konvensiyası və ona dair protokollar daxil olmaqla, layihələrinin iştirakçısı olduqları beynəlxalq müqavilələrdə təsbit olunan ekoloji tələblər və standartlara uyğunluğu şərti ilə Xəzərin dibi ilə sualtı magistral boru kəmərləri çəkə bilərlər”, - Konvensiya layihəsinin mətnində qeyd olunur.
Mətndə bildirilir ki, “sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üçün trasın müəyyən edilməsi sektorun dibi ilə sualtı kabel və ya boru kəmərinin çəkiləcəyi tərəf ilə razılaşdırılaraq həyata keçirilməlidir”. **