Prezident İlham Əliyev Mingəçevir SES-də bərpa işlərini şəxsi nəzarətə götürüb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısına mövcud vəziyyət, eləcə də stansiyada bərpa işlərinin gedişi barədə məlumat verilib. Hazırda vəziyyət prezidentin nəzarətindədir”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir SES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Bəzi bölgələrdə elektrik enerjisinin verilişi kəsilib.
Hazırda əksər regionlarda, o cümlədən Bakı şəhərində elektrik enerjisinin verilişi bərpa olunub. Heydər Əliyev Beynəlxalq Hava Limanı ştat rejimində işləyir.*