Mingəçevir SES-də baş verən qəza nəticəsində ölkənin regionlarının elektrik enerjisi ilə təchiz etmək məqsədilə Azərbaycana Rusiya və Gürcüstandan elektrik enerjisi idxal olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
“Rusiya və Gürcüstandan olan həmkarlarla yaxşı əməkdaşlıq qurulub. Hazırda regionların elektrik enerjisi ilə təchizatı məqsədilə həmin ölkələrdən elektrik enerjisi alırıq”, - ASC-nin mətbuat xidmətindən nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət strateji obyektlərin elektrik enerjisi ilə təchizatı tam həcmdə bərpa olunub. Agentliyin həmsöhbəti təsdiq edib ki, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə, həmçinin Bakı şəhərinin əksər hissəsində elektrik enerjisi ilə təchizat tam bərpa edilib. **