1 iyul 2018-ci il tarixinə Azərbaycanda 146,874 “Elektron imza” (“E-imza”) sertifikatı istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“1 iyul tarixinə olan vəziyyətə görə, 35,590 min hüquqi şəxslər üzrə, 28,894 min fiziki şəxslər üzrə, 82,390 min dövlət qurumları üzrə “E-imza” sertifikatı verilib”, - nazirlikdən bildiriblər.
Yanvar-iyun aylarında Azərbaycanda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20,454 min olub, bu da ötən ilin analoji dövrünün göstəricisindən 93,9% çoxdur. “Həmçinin hesabat dövründə sertifikatlardan 9,132 mini hüquqi şəxslərin, 4,542 mini fiziki şəxslərin, 6,780 mini dövlət qurumlarının payına düşüb”, - nazirlikdən qeyd olunub.
1 iyul tarixinə dövlət qurumları tərəfindən 28 mln. 869,002 min, hüquqi və fiziki şəxslər tərəfindən 8 ml. 435,955 min autentifikasiya və elektron imza əməliyyatı aparılıb.
“Eyni zamanda, cari ilin birinci yarısında 7 mln. 433,407 min əməliyyat aparılıb. Onlardan dövlət qurumlarının payına 5 mln. 663,144 min, hüquqi və fiziki şəxslərin payına isə 1 mln. 770,263 min autentifikasiya və elektron imza əməliyyatı düşüb”, - məlumatda vurğulanır. **
N.Abbasova