Azərbaycan və İsrailin “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkili planlaşdırılır. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin məlumatında deyilir.
Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb”, - deyə məlumatda bildirilir.
Protokol müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Bakıda “Aeronautics” şirkətinin nümayəndə heyəti ilə görüşündən sonra imzalanıb.*
B.Rüstəmbəyov