İyunun 11-də Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır.
"E.Məmmədyarov və Z.Mnatsakanyan hazırda Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunur", - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün Twitter hesabında yazıb.
XİN-in məlumatına görə, Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən görüşdə tərəflər münaqişənin nizamlanması prosesini müzakirə edəcəklər.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.
Bu, E.Məmmədyarov və Z.Mnatsakanyanın ilk görüşüdür.*
N.Abbasova