Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron iyunun 11-də Brüsseldə Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər.
"Tərəflər münaqişənin ATƏT Minsk qrupunun həmsədrlərinin formatı çərçivəsində və sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər", - deyə Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.
N.Paşinyan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda sabitliyin təmin olunması prosesində Fransa, Rusiya və ABŞ-ın mühüm rol oynadığını diqqətə çatdırıb.
Məlumata görə, erməni baş nazir vurğulayıb ki, onun ölkəsi münaqişənin sülh yolu ilə həlli prosesinə sadiqdir.*