Fransa münaqişəli regionlara silah tədarük etmir. Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot deyib.
"Biz münaqişə zonalarına silahların tədarük edilməməsi ilə bağlı götürdüyümüz öhdəliklərə sadiqik. Bu yaxınlarda biz Azərbaycan KİV-nin yaydığı məlumatı təkzib etdik və bununla da indiki halda Dağlıq Qarabağ münqaişəsində istifadə edilə bilən silahların tədarük edilməməsi ilə bağlı beynəlxalq hüquqdan irəli gələn öhdəliklərimizə sadiq olduğmuzu bir daha vurğulamış olduq”, - deyə o, bu gün mətbuat konfransında bildirib.*