Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank”dakı payını 44,4748%-dək artırıb. Bu barədə “Unibank”ın məlumatında deyilir.
“Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdar DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb. Nəticədə Avropa Yenidənqurma və İnkişaf Bankı bankın nizamnamə kapitalındakı payını 18,4865%-dən 44,4748%-ə çatdırıb”, – deyə məlumatda bildirilir.
Hazırda AYİB 20 mln. 551,01 min ədəd səhmin mülkiyyətçisidir və kapitalda ən böyük pay sahibidir.
Bankın səhmdarları, həmçinin Eldar Qəribov (41,9091%), fiziki (6,0157%) və hüquqi şəxslərdir (7,6004%).
“Unibank”ın nizamnamə kapitalı 125 mln. 686 min 355,68 manata bərabərdir və hər birinin nominal dəyəri 2,72 manat olan 46 mln. 208,219 min ədəd səhmə bölünüb.
«Unibank» ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.*
A.Əzizov