2018-ci ilin I yarısında Azərbaycan 1 mlrd. 156 mln. 305,9 min kVt/saat elektrik enerjisi ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«2018-ci ilin I yarısında Azərbaycandan $54 mln. 606,24 min dəyərində 1 mlrd. 156 mln. 305,9 min kVt/saat elektrik enerjisi ixrac olunub. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan $25 mln. 98,74 min məbləğində 584 mln. 427,36 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2018-ci ilin I yarısında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 1,9 dəfə, dəyər ifadəsində 2,2 dəfə artıb”, - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.
2017-ci ildə Azərbaycan $50 mln. 968,96 min dəyərində 1 mlrd. 160 mln. 196,03 min kVt/saat elektrik enerjisi ixrac edib.*
N.Abbasova