Azərbaycan NATO sammitinin kommünikesində və Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri Sənədində ölkənin ərazi bütövlüyü və suverenliyinə dəstəyin ifadə olunmasını təqdir edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Azərbaycan Respublikası Aİ və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel zirvə toplantısının kommünikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir”, - deyə XİN-in iyulun 12-də yaydığı bəyanatda qeyd olunur.*
F.İsazadə