Prezident İlham Əliyev Mastunq şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş partlayışla əlaqədar pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə başsağlığı məktubunda bildirilir.*
N.Abbasova