Beş Xəzəryanı dövlətin sammiti avqustun 12-də Aktauda keçiriləcək və bütün dövlətlər artıq sammitdə iştirakını təsdiqləyib. Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov məlumat verib.
“Hazırda Beş Xəzəryanı dövlətin, yəni Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın Xarici İşlər nazirlikləri avqustun 12-də Aktauda keçiriləcək V Xəzər sammitinə hazırlıqla bağlı fəal iş aparır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Qazaxıstanlı nazir vurğulayıb ki, bütün dövlətlər sammitdə iştirakını diplomatik kanallar vasitəsilə təsdiqləyib.
Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.*