Prezident İlham Əliyev iyulun 17-də “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğununyenidən qurulması ilə bağlı tədbirlər haqqındasərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 mln. manat ayrılıb.*
B.Rüstəmbəyov