Azərbaycan Ordusunun 50 nəfər sülhməramlıdan ibarət qrupu Əfqanıstandan Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb”, - deyə məlumatda bildirilir.
F.İsazadə