Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin I yarısında 8 mlrd. 210 mln. manat məbləğində qiymətli kağızların buraxılışını dövlət qeydiyyatına alıb. Bu barədə palatanın materiallarında qeyd olunur.
Bu ilin yanvar-iyun aylarında MBNP 35 emitent tərəfindən 607,2 mln. manatlıq səhmlərin buraxılışını qeydiyyata alıb.
Səhmlərin 357 mln. manatlıq 7 buraxılışı banklar, 50,8 mln. manatlıq 2 buraxılışı sığorta şirkəti, 199,4 mln. manatlıq 26 buraxılışı isə digər təşkilatlar tərəfindən həyata keçirilib.
Bundan başqa, I yarımillikdə 31 emitent tərəfindən 851,5 mln. manat məbləğində korporativ istiqrazlar qeydiyyata alınıb. Hesabat dövründə kredit təşkilatları tərəfindən 2,2 mln. manat, digər təşkilatlar tərəfindən 849,3 mln. manat məbləğində istiqrazların buraxılışı qeydiyyata alınıb.
O cümlədən, yanvar-iyun aylarında 6,4 mlrd. manat ümumi məbləğində dövlət qiymətli kağızları, 351,3 mln. manat məbləğində veksellərin dövlət qeydiyyatı həyata keçirilib.**
A.Əzizov