Azərbaycanın regionlarında kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılacaq. Bunu kənd təsərrüfatınazir İnam Kərimov deyib.
Nazir İ.Kərimov bir qrup fermerlərilə görüşüb.
“Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılacaq. Yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək”, - nazilriyin mətbuat xidməti İ.Kərimovun sözlərindən sitat gətirir.
O qeyd edirb ki, DAİM-lər yanında Fermer və Koordinasiya Şuraları yaradılacaq.
Eyni zamanda, nazir vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası təsis olunub. 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis edilib.
İ.Kərimov əlavə edib ki, fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb. **
F.İsazadə