Azərbaycan prezidenti İlham Əliyev Samux rayonunda avtomobil yolunun tikintisinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 4 mln. manat ayırmağı tapşırıb.
Yenikənd–Köbər–Qaraağaclıavtomobil yolu dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.
Bu vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
Şənbə günü İ.Əliyevin müvafiq sərəncamı dövlət başçısının saytında dərc olunub. **