Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının təmiri və yeni korpusların tikintisi işlərinin həyata keçirilməsinə «B.R.I.S. Consulting» MMC-ni cəlb edib.
www.tender.gov.azsaytında yerləşdirilmiş məlumata görə, “B.R.I.S. Consulting” şirkəti ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının təmiri, yeni korpusların tikintisi, avadanlıq və inventarla təchizatı haqqında müqavilə bağlanıb.
Müqavilənin dəyəri 1 mln. 366 min 160,36 manatdır.*
F.İsazadə