10.08.2018 12:15

2019-cu ildə “Dəniz kuboku” müsabiqəsi Rusiyanın ərazi sularında təşkil oluna bilər

RusiyaFederasiyasıHərbi Dəniz Donanmasının nümayəndəsi, 1-ci dərəcəli kapitan Dmitri Korovin bir sıra dövlətlərin “Dəniz kuboku” müsabiqəsində iştirakda maraqlı olduğunu qeyd edir.

Cümə günü Bakıda “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb. Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan və İranın hərbi gəmiləri iştirak edib.

“Biz, yenə də Xəzər dənizinin imkanları ilə bir qədər məhdudlaşırıq. Rusiya bu müsabiqəni digər regionda da keçirə bilər. Bu, hım Qara dəniz, həm Uzaq Şərq ola bilər. Müşahidəçilər içştirakda maraqlı olduqlarını bildiriblər. Bunlar, Türkiyə, Bolqarıstan, Pakistan nümayəndələridir. Bütün bunlar onlar üçün maraqlıdır”, - D.Korovin cümə günü Bakıda mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.

Onun sözlərinə görə, müsabiqədə yeni dövlətlərin iştirakı məsələsi “ölkələrimizin müdafiə nazirlikləri səviyyəsində və gələn ilə iştirak üçün ərizələr təqdim edən ölkələr nəzərə alınaraq” həll olunacaq

D.Korovin əlavə edib ki, RF Müdafiə Nazirliyi 2019-cu ildə müsabiqənin keçirilməsi üçün yeri də planlaşdıracaq.

Onun fikrincə, müsabiqə, Qara dəniz regionu ölkələri iştirak edəcəyi halda, Qara dəniz hövzəsi, Çin, Vyetnam, Malayziyanın iştirakı halında isə Uzaq Şərqdə keçirilə bilər.

ABŞ-ın nümayəndə heyəti də “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində müşahidəçi qismində iştirak edib. **

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.