“Dəniz Kuboku - 2018” müsabiqəsinin keçirilməsində Xəzəryanı dövlətlərin əsas nailiyyəti qarşılıqlı etimadın möhkəmlənməsidir. Bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, “Dəniz Kuboku - 2018” müsabiqəsi təşkilat komitəsinin sədri Nizam Osmanov deyib.
Cümə günü Bakıda “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi başa çatıb. Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan və İranın hərbi gəmiləri iştirak edib.
“Bu müsabiqənin ən böyük nailiyyəti - Xəzəryanı dövlətlərin hərbi dənizçilərinin tanışlığı, qarşılıqlı etimad və əməkdaşlığın möhkəmlənməsidir”, - N.Osmanov “Dəniz Kuboku - 2018” müsabiqəsinin rəsmi bağlanış mərasimində bəyan edib.
Onun sözlərinə görə, müsabiqə Xəzəryanı dövlətlərin hərbi dənizçilərinə təcrübə mübadiləsi aparmaq, dostluq atmosferini yaratmağa şərait yaradacaq.
Müsabiqənin nəticələrinə əsasən, Rusiya dənizçiləri - birinci, Qazaxıstan dənizçiləri - ikinci, İran və Azərbaycan dənizçiləri isə üçüncü yerdə qərarlaşıblar.
N.Osmanov müsabiqə iştirakçılarına xatirə hədiyyələri təqdim edib.
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsi IV Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanın ərazi sularlında keçirilib. **
F.İsazadə