Azərbaycan və Bolqarıstanın “BioPharm” şirkəti baytarlıq dərmanlarının istehsalı üzrə birgə müəssisə yarada bilər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı ilkin razılaşma Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcovun Bolqarıstanın Sliven şəhərində“BioPharm” şirkətinin rəhbərliyi ilə görüş zamanı əldə olunub.
R.Fərəcov Bolqarıstana səfər çərçivəsində Bolqarıstanın İqtisadiyyat , Energetika və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüş çərçivəsində Azərbaycan və Bolqarıstan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində görülən işlər, komissiyanın 5-ci iclasının Sofiya şəhərində keçirilməsinə hazırlıq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, idxal və ixrac imkanlarının genişləndirilməsi, hüquq-müqavilə bazasının təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.*
F.İsazadə